Naxçıvan məktəbliləri “Sabahın alimləri” IX Respublika müsabiqəsində uğur qazanıblar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan bölməsinin birgə əməkdaşlığı ilə “Sabahın tədqiqatçıları” layihəsi start götürüb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan məktəbliləri ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə vəsiqə qazanıblar. Müsabiqə 11-13 fevral tarixlərində Bakı şəhərində keçirilib. Müsabiqədə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Bağırov Siyavuş Mehdi oğlu, Qulusoy Araz Cavanşir oğlu “Ferma nöqtəsindən istifadə etməklə 3 qəsəbə arasında ən uyğun məntəqənin tapılması” və həmin məktəbin X sinif şagirdləri İsmayılova Fatimə Qalib qızı və İsmayılov Bəxtiyar Qalib oğlu “Yabanı tərəvəz bitkiləri - ən təmiz ekoloji məhsul” mövzusunda hazırladıqları layihələrlə muxtar respublikanı təmsil ediblər.
Müsabiqəyə Azərbaycan Respublikası üzrə Riyaziyyat, Fizika, Astronomiya, Kimya, Biologiya, Tibbi sağlamlıq, Ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və komputer elmləri istiqamətləri üzrə 187 layihə təqdim olunub.
Müsabiqənin nəticələrinə uyğun olaraq Bağırov Siyavuş Mehdi oğlu və Qulusoy Araz Cavanşir oğlunun hazırladıqları layihə III yerə layiq görülüb.