Muxtar respublikada imtahanların obyektivliyi və şəffaflığı təmin edilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanvar ayında da davam etdirib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı dəyişdirilib.

Yanvar ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanında 13 namizəd iştirak edib, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilən müsabiqəyə 229 vakant vəzifə çıxarılıb, 130 vəzifənin tutulması üçün 283 sənəd təqdim edilib. Test imtahanlarında 266 namizəd iştirak edib, 131 nəfər müvafiq keçid balını toplayıb. Həmçinin dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunan müsabiqənin Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə mərhələsində 12 nəfər iştirak edib, onlardan 8-i müvafiq keçid balını  toplayıb.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən 5 daxili müsahibədə və sektor müdiri vəzifələrinin tutulması üçün keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq Sertifikat əldə etmiş şəxslərin müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: