Sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları təqdim olunub

A- A A+

Fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları təqdim olunub.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: