Naxçıvanlı alimin uğuru - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev ABŞ-da nəşr olunan Cytology və Histology (“Sitogenetika və Histologiya”) jurnalının  redaksiya heyətinə üzv seçilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, müəllifin həmin jurnalın  ötən ilki saylarında məqaləsi  işıq üzü görüb və tədqiqat işinin nəticələri yüksək qiymətləndirilib.

Qeyd edək ki, Varis Quliyev 30 ildən artıqdır ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzüm genofondunu kompleks şəkildə tədqiq edir. Alim  “Azərbaycan ampeloqrafiyası” (II cild), ”Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental monoqrafiyaların və digər kitabların müəllifidir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: