Türkiyəli professor Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. Universitetin kitabxanasında bununla bağlı keçirilən tədbirdə ali təhsil ocağının prorektoru Hüseyn Bağırsoylu bildirib ki, Türkiyənin İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasındakı mövcud əməkdaşlığa uyğun olaraq həmin ali təhsil ocağının professoru Haluk Tanrıverdi burada 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. O, turizm sahəsi üzrə bir neçə fənnin tədrisini həyata keçirəcək. Haluk Tanrıverdi həm özünün müəllifi olduğu, həm də digər yazarların qələmə aldığı turizm və iqtisadiyyat sahələrini əhatə edən 60-dan artıq kitabı universitetə hədiyyə edib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və “Naxçıvan” Universitetinin dosenti Əli Cabbarov çıxış edərək muxtar respublikamızın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən söhbət açıb, bu sahədəki kadr hazırlığından və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.

İstanbul Universitetinin professoru Haluk Tanrıverdi çıxışında “Naxçıvan” Universitetində turizm sahəsi üzrə kadr hazırlığının vəziyyətini yüksək qiymətləndirib, ali təhsil ocağında yaradılan əlverişli şərait nəticəsində 3 aylıq pedaqoji fəaliyyətin səmərə verəcəyinə əminliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: