Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib - FOTOLAR

A- A A+

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 19 mərkəzdə təşkil edilib.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Xatırladaq ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33 mindən çox şagirdin iştirakı ilə reallaşıb. Olimpiadalar “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: