Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün yaradılan Apellyasiya Komissiyası bu gündən etibarən fevralın 26-dək fəaliyyət göstərəcək.
Bakalavrlar komissiyaya saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.