Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.
Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, bu qurumun “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən tədris olunacaq dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat veriləcək, Vətənə məhəbbət hissləri təbliğ ediləcək.
Eyni zamanda, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlərin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi nəzərdə tutulur.
Təhsil müəssisələrinin müəllim və şagird kollektivləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.