AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın "İngilis dilində söz düzəltmə yolu ilə qayıdışlığın ifadəsi" adlı məqaləsi Beynəlxalq konfransın materiallarında çap edilib. Məqalə Almaniyanın Bonn şəhərində Avropa Elmlər və Tədqiqat Akademiyasının XI Beynəlxalq konfransın materiallarının “Humanitar, ədəbiyyat və incəsənət” bölməsində öz əksini tapıb.
Qeyd edək ki, Leyla Səfərova ötən il 18-21 dekabr tarixlərində həmin konfrans qatılıb və sertifikat alıb.