“InSight” zondu Marsda yüzlərlə yeraltı təkan qeydə alıb

A- A A+

“InSight” eniş platformasının cihazları Mars planetində yüzlərlə yeraltı təkan qeydə alıb, qırmızı planetin süxurlarında gözlənilməz güclü maqnitləşmənin izini tapıb. Bu barədə missiya iştirakçıları “Nature” jurnalının keçirdiyi telekonfransda danışıblar.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-da “InSight” missiyasının rəhbəri Brüs Banerdt deyib: “Biz sübut etdik ki, Mars seysmik aktiv planetdir. Planetin təki Aydan daha çox fəal, lakin Yerdən daha az narahatdır. Bu baxımdan bütövlükdə Mars bizə planetimizin parçalanmadan və seysmik gərginlikdən uzaq sakit guşələrini xatırladır”.

“InSight” modulu Marsın səthinə 2018-ci ilin dekabrında enib. Onun əsas vəzifələri Marsdakı zəlzələlərin izini axtarmaq və qırmızı planetin daxili strukturunu öyrənməkdir. O, birinci yarımildə 174 zəlzələ qeydə alıb. Planetoloqların sözlərinə görə, bu təkanların əksəriyyəti, kifayət qədər zəif olub. Yerdə qalan 24-ü 20-30 kilometr dərinlikdə yerləşib və təxminən 3-4 bal gücündə olub. Əgər episentrin ətrafında insanlar yaşasaydı, bu təkanları hiss edə bilərdirlər.

Marsın geologiyası ilə bağlı digər maraqlı fakt isə modulun cihazlarının planetin qabığında qalıq maqnitləşmənin yüksək səviyyəsini qeydə almasıdır ki, bu da qırmızı planetdə güclü maqnit qütbünün olmaması haqqında təsəvvürlə bir araya sığmır.

Tədqiqatlar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: