Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, məktəblilər otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özlərinə münasib vaxtda imtahan verə bilər. Portalda aşağıda qeyd olunan sınaq imtahanlarına yazılmaq olar:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif tədrisi ingilis dilində olan məktəb məzunları üçün Azərbaycan dili imtahanı.

Onlayn sınaq imtahanında iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir.

Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: