Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi, təsdiqlənməsi və nəşri qaydaları müəyyənləşdirilib.