Naxçıvan Müəllimlər İnstitutunda elmi konfrans keçirilib

A- A A+

“Müəllim-şagird münasibətləri bütün dövrlərdə aktuallıq kəsb edir və müəllimlərin  düzgün  qurulmuş pedaqoji ünsiyyəti şagird şəxsiyyətinin formalaşması və təlimin səmərəli təşkilində xüsusi rola malikdir”

NUHÇIXAN xəbər verir ki, bu fikirləri  Naxçıvan Müəllimlər İnstitutunda baş tutan “Müasir dövrdə müəllim-şagird münasibətlərinin pedaqoji-psixoloji əsasları” mövzusunda elmi konfransda institutun Pedoqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev bildirib.  Professor qeyd edib ki, müasir dövrdə müəllim-şagird münasibətlərinin formalaşamasına təsir edən amillərin pedaqoji-psixoloji əsaslarının öyrənilməsi olduqca zəruridir. Konfransda  Pedoqogika və psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.

Sonra “Müəllim-şagird münasibətlərinin formalaşmasına mənfi təsir göstərən müasir amillər” mövzusunda həmin kafedranın müəllimi psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, həmçinin müxtəlif mövzularla Pedaqogika və psixologiya kafedrasının magistrantları Məmmədzadə İlkin və Heydərova  Nərgizin çıxışları dinlənilib. Çıxışların hər biri geniş diskussiya şəraitində müzakirə olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: