Nobel Mükafatı Sammiti keçiriləcək

A- A A+

Aprelin 29-dan mayın 1-dək Vaşinqtonda Milli Elmlər Akademiyasında “Bizim planetimiz bizim gələcəyimizdir” mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək.

NUHÇIXAN nobelprize.org saytına istinadla xəbər verir ki, tədbir Nobel Fondu və ABŞ Milli Elmlər Akademiyası tərəfindən Potsdam İqlim Tədqiqatları İnstitutu və Stokholm Dayanıqlılıq Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunacaq.

Sammitdə 20-dək Nobel mükafatı laureatı, alimlər, siyasətçilər, biznes liderləri, gənc liderlər iştirak edəcəklər. Onlar dünyanı daha dayanıqlı yola çıxarmaq, bəşəriyyətin daha firavan gələcəyi üçün bu onillikdə nələrə nail olmağın mümkünlüyü məsələsini müzakirə edəcəklər. İqlim dəyişikliyi, geosiyasi alyanslar, iqtisadi bərabərsizlik, insanların həyat tərzini və işini həm müsbət, həm də mənfi nəticələrlə formalaşdıran yeni texnologiyaların daimi axını – bütün bunlar müasir dövrün problemləridir. Lakin planetimiz və onun sakinləri üçün digər kurs seçmək hələ ki gec deyil. Sammitdə bu problemlərin həlli yollarına dair müzakirələr aparılacaq.

Tədbirin təşkilatçılarının fikrincə, əgər biz indi başlasaq, bu onillik bizi bəşəriyyətin daha dinamik, yaşamaq qabiliyyəti olan və ədalətli gələcəyinə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: