"Könüllülük nədir?" mövzusunda maarifləndirici görüş - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunda "Könüllülük nədir?" mövzusunda maarifləndirici görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Fondun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin müdiri Arzu Qasımov könüllülüyün cəmiyyəti müsbət yöndə dəyişdirməyə, irəli aparmağa, həmçinin insanlar arasındakı əlaqələrin təkmilləşməsinə, dəyərlərin meydana gəlməsinə imkan yaradan fəaliyyət oluğunu deyib, cəmiyyətdə öz yerini tutmaq, insanlara fayda vermək və bununla yanaşı həm də özünü inkişaf etdirmək istəyənləri könüllülük proqramlarından yararlanmağa dəvət edib. Vurğulanıb ki, muxtar respublikada Gənclər Fondu tərəfindən tətbiq edilən könüllü fəaliyyətinin uğurlu nəticəsidir ki, muxtar respublikamızda sosial könüllülər, ekologiya könüllülər, səyyari dövlət qulluğu xidməti könüllülüyü və digər könüllülüklər meydana çıxıb.
Tədbirdə həmçinin çıxış edən Fondun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs Xanım Əsgərli tərəfindən "Könüllülər ili" çərçivəsində görüləcək işlər barəsində də məlumat verilib, Fonda necə könüllü olmalı və digər gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.