Azərbaycanda bəzi elmi müəssisələrdə təhsil alan doktorant və dissertantlar AMEA-nın müvafiq institutlarına köçürüləcək.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin martın 4-də keçirilən iclasında qərar qəbul olunub.
Bildirilib ki, qərarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantı fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasında davam etdirəcək.
İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.