Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

A- A A+

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ad və paroldan istifadə etməklə Mərkəzin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Sənəd qəbulu haqqında elanın tam mətni Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Martın 11-i saat 09:10-a olan məlumata əsasən, 17562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: