Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb

A- A A+

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə - yay imtahanına) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 58 min 194 nəfər abituriyent (53 min 461 nəfər Azərbaycan bölməsi, 4733 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub, yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı isə 56 min 538 nəfərdir.

Elektron ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: