Dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri diqqət mərkəzində saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılmasına, şəffaflıq və obyektivliyin təmin edilməsinə diqqət göstərir.

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ötən  ay vergi orqanlarında işə qəbul üçün təşkil olunmuş hazırlıq kurslarında 46 nəfər iştirak edib. Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı keçirilib. İmtahanda iştirak etmiş 2 nəfər uğur qazanıb.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 20 fevral 2020-ci il tarixindən start verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin sənəd qəbulu aparılıb.

Həmçinin, Komissiya tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: