AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi bu il 100 illik yubileyini qeyd etməyə hazırlaşır.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, yubileyə hazırlıq işlərinə muzey ekspozisiyasının yenilənməsi və fondların yeni materiallarla zənginləşdirilməsi də daxildir.
Bu günlərdə muzeyin arxeoloji kolleksiyası Naxçıvan tapıntıları ilə daha da zənginləşib. Həmin arxeoloji materiallar saxsı qablardan və onların fraqmentlərindən ibarət olub, Naxçıvan Muxtar Respublikasının I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılıb. Onların arasında bir ədəd mixi yazılı qab fraqmenti də var. Tapıntıların dövrü e.ə. VI-I minilliklərə aiddir. Bu tapıntılar bölgənin, ümumilikdə isə Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli mənbələrdir.