AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan ərazisinin rəqəmsal xəritə bazası yaradılır.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, ilkin mərhələdə Lənkəran-Astara regionunun rəqəmsal xəritə bazasının yaradılması nəzərdə tutulur. Kartoqrafik işlərin icrası zamanı tədqiqat rayonunu əhatə edən topoqrafik xəritələr işlənib, mövcud coğrafi obyektlərin siyahısı hazırlanıb. Daha sonra iqtisadi rayon üzrə vahid Coğrafi İnformasiya Sistemi yaradılıb və siyahı üzrə bütün komponentlər xüsusiyyətlərinə görə ayrılaraq məlumat bazasına daxil edilib. Toplanmış məlumatlardan istifadə etməklə ayrı-ayrı komponentlər üzrə rəqəmsallaşdırma işləri həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.