AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında Naxçıvan Muxtar Respublika şəraitində yumşaq buğda, bərk buğda, arpa, ətirli tütün, yonca və soya bitkilərinin müxtəlif sortları üzərində tədqiqat işləri aparılır.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, tədqiqatlarda əsas məqsəd yeni sortların biotik və abiotik amillərə qarşı dayanıqlığının, keyfiyyət göstəricilərinin öyrənilməsi, səmərəliyi müəyyənləşdirilən sortların artırılaraq fermer-kəndli təsərrüfatlarına tövsiyə edilməsidir.
Laboratoriyada 2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi, 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqat işlərinə başlanılıb.