Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün müsabiqə elan edilib
Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, müsabiqədə vakant olan 20 alman dili müəllimliyi vəzifəsi və 120 digər vəzifə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) çıxarılılıb.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 18 mart-18 aprel 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər.
Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Həmçinin Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində elan edilmiş alman dili müəllimliyi və digər vakant vəzifələrin siyahısı ilə bu linkdən və ya "Şərq qapısı" qəzetinin 18.03. 2020 tarixli sayında tanış ola bilərsiz.