UNESCO-nun Baş direktoru Odre Azule 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə ictimaiyyətə müraciət edib.
NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə dünya birliyinin Beynəlxalq Novruz Günündə yazın və yeni ilin gəlişini bayram edən 300 milyon qadın, kişi və uşağın sevincinə qoşulduğu bildirilir. Vurğulanır ki, bugünkü iqlim dəyişikliyi və biomüxtəlifliyin azalması fonunda Novruzun bəşəriyyət üçün xüsusi mənası var. Əhali sayının azaldığı yerdə və ətraf mühitin vəziyyətinin pisləşdiyi şəraitdə biz planetimizin rahatlığını və gözəlliyini qoruyub saxlamaq üçün səylərimizi birləşdirməliyik. Bu, eyni zamanda, ekoloji təhsil verməklə gənc nəslə planetimizə qayğı prinsiplərini öyrətməkdir. Beynəlxalq Novruz Günündə UNESCO hər kəsi baharın gəlişini, həyatın oyanışını qeyd etməyə və qorumağa çağırır.
Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.