“Yeni dünya nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb

A- A A+

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni dünya nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb.

Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 2020-ci il 30 yanvar tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni dünya nizamı”, onun mahiyyəti, pərdəarxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları mübarizənin məqsədi, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər təhlil edilib.

Tədqiqat predmeti kimi seçilmiş mövzu araşdırılarkən müasir dünyada baş verən hadisələrin, mövcud problemlərin və geosiyasi oyunların anatomiyası verilib. Mövzu ilə bağlı aparılan araşdırma zamanı çox sayda yerli və xarici müəlliflərin əsərlərindən, eyni zamanda, internet resurslarından əsas material kimi istifadə olunub. Faktiki materiallar əsasında problemin bəzi qaranlıq tərəfləri daha dərindən işıqlandırılıb.

Kitab müvafiq profil üzrə mütəxəssislər, beynəlxalq siyasətlə maraqlanan oxucular, ali məktəblərin beynəlxalq münasibətlər və digər uyğun ixtisasları üzrə təhsil alan tələblər üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: