NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində keçirilən konfransın materialları kitab şəklində işıq üzü görüb.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında çap olunan kitab elm adamları, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Röyal Kərimov
.