NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının müdiri Məftun Əliyev Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən patent alıb. Patent AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə alınıb.
Qeyd edək ki, ixtira neft hasilatı sənayesinə, neft yataqlarının işlənməsi və istismarı sahəsinə, o cümlədən qalıq neftin laydan çıxarılması üsullarına aiddir. Göstərilən üsul neftin yüksək keçici məsaməli kanallara və orta neft hasilatının artımına çıxışını artırır.
Səadət Əliyeva