Rezidenturaya onlayn sınaq imtahanı 2020-ci ilin iyul ayınadək ödənişsiz olacaq

A- A A+

Dövlət İmtahan Mərkəzi tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq rezidenturaya qəbul olmağa hazırlaşan tələbələrə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) 2020-ci ilin iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, yaxın günlərdə portala imtahanın birinci – baza fənlərindən biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək.

İmtahana Mərkəzin saytından yazılmaq olar. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi onun nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək olar.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə otk.az-ın “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: