Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.
NUHÇIXAN xəbər verir ki, dəyişikliyə əsasən Dövlət İmtahan Mərkəzi peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2012-ci ildən fəaliyyət göstərən “Şagird-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə ümumtəhsil müəssisələrinin şagirdləri, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş subbakalavrlar, bakalavrlar və magistrlər haqqında məlumatların qeydiyyatını aparır.