Naxçıvanlı alimin məqaləsi ABŞ-da nəşr olunan beynəlxalq indeksli jurnalda dərc edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin “Poliploid üzüm formalarının tədqiqi” adlı məqaləsi ABŞ-da nəşr olunan Cytology və Histology beynəlxalq indeksli jurnalda dərc edilib.

Tədqiqat əsərində  yeni yaradılan müxtəlif poliploid üzüm formalarının genom quruluşu, sitoloji və histoloji xüsusiyyətləri haqqında məlumatlar əksini tapıb.

Alim otuz ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasında üzüm genofondunun genetikası və seleksiyası problemləri üzərində elmi-tədqiqat işləri aparır.

Qeyd edək ki, dünyada ilk dəfə olaraq Varis Quliyev tərəfindən eksperimental üsulla üzümün generativ orqanlarda poliploid təbiətli toxumların alınması, nəticədə yeni genom quruluşuna malik üzüm formalarının əldə olunması metodikası hazırlanıb və beynəlxalq nüfuzlu jurnallarda ingilis və rus dillərində çap edilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üzümçülük üzrə seleksiya mərkəzlərində bu metodikadan istifadə olunmaqdadır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: