Naxçıvanda pulsuz xarici dil kursları - FOTOLAR

A- A A+

Naxçıvan Gənclər Fondunun təşkil etdiyi ənənəvi ödənişsiz xarici dil kurslarını bitirənlər sertifikat imtahanı veriblər.

NUHÇIXAN xəbər verir ki, bu ilin fevral ayında start götürən növbəti kurslar yekunlaşıb. İngilis dili kursunda 31, rus dili kursunda 15, fransız dili kursunda 10 nəfər olmaqla 56 nəfər sertifikat imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 19-u ingilis, 3-ü rus, 5-i fransız dili üzrə imtahanı müvəffəqiyyətlə keçib.

Kursların müddəti 5 aydır və həftədə 3 dəfə 1 saat yarım olmaqla pulsuz tədris edilir. Kursun sonunda isə iki mərhələdən ibarət imtahan təşkil olunur. 1-ci mərhələdə yazı və şifahi nitq vərdişləri, 2-ci mərhələdə bütün proqramları əhatə edən elektron imtahan götürülür və imtahanı müvəffəqiyyətlə keçənlərə sertifikat verilir.

Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: