AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər dövrünə aid dirhəmlər saxlanılır.
Muzeydən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri-qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və sair zərbxanaların fəaliyyətini təsdiqləyir.
Bu sikkələr Elxanilər (və ya Hülakülər) xanları (1256-1358) dövrünə aid Azərbaycan zərbxanaları, pul dövriyyəsi haqqında məlumat toplamağa kömək edir.