Adları “Qırmızı Kitab”ın III nəşrinə daxil ediləcək həşəratlar haqqında ədəbiyyat məlumatları toplanır

A- A A+

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğundan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əməkdaşların hazırladıqları məqalələr yerli və xarici jurnallarda dərc olunur. Əməkdaşlar tərəfindən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə daxil ediləcək həşəratlar haqqında ədəbiyyat məlumatlarının toplanması və işlənməsi həyata keçirilir. Monoqrafiyalar və dərs vəsaitləri çapa hazırlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: