NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan intellektli, bacarıqlı və istedadlı şagirdlərindən bəhs edən “İstedadlı şagirdlər” adlı albom-kataloq nəşr edilib.
“İstedadlı Şagirdlər” albom-kataloqda istedadlı şagirdlərin rəsm və dekorativ əl işlərindən nümunələr, onlar barədə fotolar və məlumatlar izləyicilərə təqdim edilir.
Qeyd olunur ki, uşaqların asudə vaxtlarını səmərəli təşkili, eyni zamanda onların istedad və bacarıqlarınının üzə çıxarılması üçün Naxçıvanda zəruri şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən məktəbdənkənar tərbiyə mərkəzlərində innovativ dərnəklər yaradılır. Hazırda muxtar respublikada 36 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə uşaqlar bir sıra dərnəklərə və kurslara cəlb olunurlar. Belə dərnək və kurslar isə öz növbəsində uşaqlarda yaradıclıq sahələrinə maraq oyadır. Asudə vaxtlarını dəyərləndirən uşaqlar dərnək və kurslarda qum, ebru və bir sıra sənət növlərini öyrənir, həmçinin gildən və taxtadan bəzək əşyaları hazırlayır, xalça toxuyur, rəsm çəkir, ağac üzərində yandırma, dekorativ işlər və digər sənət sahələrinə yiyələnirlər. Keçirilən dərnəklər onlarda milli mənəvi dəyərlərimizi əks etdirən dekorativ tətbiqi sənət və əlavə peşə sahələrinə marağı artırır.
Qeyd edək ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq mərkəzində 12 adda yeni-Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Sürətli oxu, Dulusçuluq və başqa dərnəklər yaradılıb, həmin dərnəklər zəruri avadanlıqlarla təchiz olunub. Ötən il Ali Məclisin Sədri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub, innovativ dərnəklərin fəaliyyəti ilə maraqlanıb. Albom kataloqda həmin tədbirə aid fotoşəkillər və məlumatlar da yer alır.
Ərhan Novruzov