NDU müəlliminin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Nəqliyyat və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Hüseyn Qasımovun “Təhsilin personalizasiyası kontekstində abituriyentlərə peşə seçimində dəstək sisteminin modelləşdirilməsi” adlı elmi məqaləsi Avropanın nüfuzlu “EUREKA: PHYSİCS AND ENGİNEERİNG”jurnalında çap olunub.

Məqalədə abituriyentlərin bilik səviyyəsinin qiymətləndirilməsi və onların bilik səviyyələrinə uyğun peşələrə yerləşdirilməsində fərdi yanaşma metodunu dəstəkləyən “ölçmə - yerləşdirmə” sisteminin modelləşdirilməsindən bəhs olunur. Məqalədə həmçinin, neyron şəbəkə vasitəsilə hər bir abituriyentin ümumi nəticəsi ilə bərabər ayrıca fənlər üzrə nəticələri də analiz edilərək ona bilik və bacarıqlarının daha uyğun olduğu peşə ixtisasında oxuması təklif edilir.

Qeyd edək ki, jurnal Estoniyada çap olunur və 33 adda beynəlxalq elmi indeksləşmə bazalarına, o cümlədən SCOPUS elmi indeksləşmə bazasına daxildir.

 

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: