DİM-in “YouTube” kanalına xüsusi karantin rejimi müddətində 200-ə yaxın yeni dərs yerləşdirilib

A- A A+

Dövlət İmtahan Mərkəzinin “YouTube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 200-ə yaxın yeni dərs portala yerləşdirilib.

Şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşayiət olunur. Hər dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə yanaşı, bu videodərslərdən də öyrənə bilərlər.

Demək olar ki, hər gün yeni dərslər portala əlavə edilir. Videodərslər ödənişsizdir. Son 1 ay ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 198 mindən artıq olub.

Müvafiq keçidlərdən istifadə edib Azərbaycan dili, ingilis dili, riyaziyyat fənni üzrə V sinfə, ingilis dili, fizika, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat fənni üzrə VI sinfə, ingilis dili, biologiya, kimya, coğrafiya, ümumi tarix üzrə VII sinfə aid materiallar əsasında hazırlanmış “vizaullaşdırılmış dərs”lərə baxa bilərsiniz.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: