Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bununla əlaqədar biz də öz işimizdə yanvar ayından elan olunan qrafikdə müəyyən dəyişikliklər etmişik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında söyləyib.