AMEA Naxçıvan Bölməsinin jurnalı çapdan çıxıb

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb.

NUHÇIXAN xəbər verir ki, jurnalın Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində Naxçıvan Bölməsinin, Dilçilik İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər müəssisələrin əməkdaşlarının araşdırmaları əksini tapıb.

“Axtarışlar”ın yeni sayında ““Oğuznamə”lərdə Naxçıvan mühiti”, “Naxçıvan teatrının ilk baş rejissoru”, “Əlincəqala abidəsi və onun memarlıq məsələləri”, “Naxçıvan tüməni”, “Naxçıvan türk-islam memarlığında qədim inşaat sənətinin və ornament motivlərinin izləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən”, “Maarif və mədəniyyət sahəsində Osmanlı-Azərbaycan əməkdaşlığı (1918-ci il)”,  “Görkəmli dilçi-türkoloq” və digər məqalələr rus və ingilis dillərində xülasələrlə dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: