AMEA-da koronavirus pandemiyası ilə bağlı keçiriləcək onlayn konfransa tezislər qəbul edilir

A- A A+

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçiriləcək onlayn konfransa tezislər qəbul olunur. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan bildirilib.

Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur.

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 interval qoymaqla, 1 səhifə həcmində olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: