AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi çərçivəsində dramaturqun bir sıra əsərləri haqqında məqalələr yaradılıb.
MEK-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalələrdə “Pir” povesti, “Şadman bəy” dramı, “Bir kəndin sərgüzəşti” hekayəsi, “Nadanlıq” komediyası və “Nadir şah” tarixi faciəsinin məzmunu, əsərlərdəki obrazlar haqqında məlumatlar verilib.
Qeyd edək ki, “Vikipediya”da Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri və tanınmış simaları haqında məqalə yaradılması prosesi uğurla davam etdirilir.