AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda “Füyuzat” jurnalının nüsxələri mühafizə olunur.
Muzeydən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın sponsoru məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan jurnalın 1906-1907-ci illər ərzində 32 nömrəsi çıxıb. “Füyuzat” “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı ilə nəinki azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını “milli-mədəni muxtariyyət” ideyasında birləşdirməyə çalışırdı. Ə.Hüseynzadənin müəllifi olduğu bu şüar sonralar Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında öz əksini tapdı.