“Vikipediya”da Əbdürrəhim bəy Haqverdiyevin əsərləri haqqında məqalələr yaradılıb

A- A A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, publisist və tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi çərçivəsində dramaturqun bir sıra əsərləri haqqında məqalələr yaradılıb.

MEK-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalələrdə “Millət dostları”, “Baba yurdunda”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Yeyərsən qaz ətini, görəsən ləzzətini” əsərlərinin məzmunu və oradakı obrazlar haqqında məlumatlar verilib.

“Vikipediya”da Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri və tanınmış simaları haqında məqalə yaradılması prosesi uğurla davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: