AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Tarix-filologiya fakültəsinin tarix ixtisası üzrə təhsil alan II kurs tələbələr üçün növbəti açıq dərs baş tutub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İnstitutun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan abidələrinin öyrənilməsi və qorunması sahəsində əldə olunan nailiyyətlər” mövzusunda çıxış edib. Alim qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanda zəngin arxeoloji abidələrinin tədqiqindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublika ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və Daş dövrünün abidələri Naxçıvanın ilk insan məskənlərindən bir olduğunu sübut edir.
Toğrul Xəlilov aparılan arxeoloji qazıntıların nəticələrini tələbələrin diqqətə çatdıraraq bildirib ki, bu gün abidələrimizin əsaslı təmir və bərpa olunması, bir çox abidələrin tarixi qoruq sırasına daxil edilməsi muxtar respublikada qədim tariximizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsidir.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.