Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, liseyə şagird qəbulu 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır.
Sənədlər 06 may 2020-ci il tarixdən 29 may 2020-ci il tarixədək saat 9:00-dan 18:00-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcək.
Müsabiqə 10 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcək.
Liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 7 fəndən 100 sual təqdim olunacaqdır.Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcək.
Qeyd edək ki, muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaq.