Birləşmiş Ərəb Əmirliklərində Avropa Kosmik Agentliyinin meteoritlərin Ayın səthi ilə toqquşmasını öyrənən NELIOTA layihəsi üzrə yeni rəsədxana fəaliyyətə başlayıb. Sayca ikinci olan bu rəsədxana əldə olunan məlumatların dəqiqliyi ilə seçilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb. İndiyədək Ayla meteoritlərin toqquşmasını Yunanıstanda yerləşən Krioneri Rəsədxanaları müşahidə edirdi. Yeni Ay rəsədxanası bu yaxınlarda baş vermiş və Yunanıstandakı rəsədxananın qeydə aldığı partlayışı müəyyən edə bilib. Belə ikiqat müşahidə əldə olunmuş məlumatların dəqiqliyinə zəmanət verir.
Yer kürəsi və Ay kifayət qədər yaxın olduğundan eyni kosmik cisimlərin “hücumuna” məruz qalırlar. Rəsədxanaların Ayda müşahidə etdiyi partlayışlar Yer kürəsinə daim düşən kosmik daşların Ayın səthinə də düşməsi ilə meydana çıxır.