Ali məktəblərdə yay imtahan sessiyasının iyun-iyul ayları ərzində həyata keçirilməsi nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il ali mətkbələrdə tədris ilinin uzadılması nəzərdə tutulmur: “Bir sıra ixtisaslar üzrə imtahanlar onlayn formatda olacaq. Bu mümkün olmadıqda ənənəvi qaydada imtahanlar təşkil oluna bilər”.
Nazir əlavə edib ki, iyun-iyul aylarında imtahan sessiyasında hazır olmayan tələbələr bu barədə ali məktəbləri məlumatlandırmalıdırlar. Belə tələbələr üçün tədris ili öncəsi ayrıca imtahan sessiyası təşkil olunacaq.