İqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi üçün elmi fəaliyyət planı hazırlanacaq

A- A A+

Dünyada baş verən iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı bir ay müddətində elmi fəaliyyət planı hazırlanacaq.

AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlamasında deyib.

Akademik diqqətə çatdırıb ki, fəaliyyət planının hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunması üçün Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırıq verilib.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: