Peşə təmayüllü siniflərin məzunlarına müəyyən edilmiş nümunəli tam orta təhsil haqqında attestatla yanaşı peşə istiqaməti adının göstərildiyi sertifikat verilir. Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında təsbit olunub.
Qərara əsasən, peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.