Naxçıvanda orta məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirliməsinə dair müzakirələr aparılıb - FOTOLAR

A- A A+

2018-2019-cu tədris ilinin may ayından başlayaraq muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor - müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılır.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  nəşrqabağı təkmilləşdirilməsi nəzərdə tutulan layihə dərsliklərə dair ictimai rəyin öyrənilməsi məqsədi ilə aparılan son mərhələ onlayn qaydada həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 28 aprel 2020-ci il tarixdən dərslik müzakirələrini ZOOM proqramı vasitəsilə qrafikə uyğun olaraq müxtəlif günlərdə onlayn qaydada davam etdirib. IX sinif üzrə 8, V sinif üzrə 5, I sinif üzrə 4 olmaqla ümumilikdə 17 fənn üzrə onlayn dərslik müzakirələri  yekunlaşıb.

Aparılan dərslik müzakirələrində həmin ixtisaslar üzrə muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin birlikdə iştirak etdiyi onlayn müzakirələrdə layihə dərsliklərlə bağlı irad və təkliflər bildirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn qaydada son müzakirə olunan 17 layihə dərsliyin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflərin yekun rəyi təhlil olunaraq dərsliklərin yenidən nəşri zamanı nəzərə alınması üçün  Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: