Tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflər 15 nəfərdən az, 20 nəfərdən çox şagird olmamaqla təşkil ediləcək. Qəbul zamanı eyni təmayüllü sinfə müraciət edənlərin sayı 20 nəfərədək olduqda, onlar müsabiqəsiz qəbul edilir, 20 nəfərdən çox olduqda isə təhsil müəssisənin rəhbərliyi tərəfindən müsabiqə keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Qərarda qeyd olunur ki, müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilir və göstəriciləri daha yaxşı olanlar qəbul edilir.